Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko vəzifəsindən ayrılıb. Matç.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, onu müvəqqəti olaraq RFİ rəsmisi Sergey Pryadkin əvəz edəcək. Gələn il fevralın 22-də yeni rəhbər müəyyənləşəcək. Həmin ayın 12-nə qədər isə namizədlər bəlli olacaq.

Qeyd edək ki, Vitali Mutko 2017-ci ilin 27 dekabrında fəaliyyətinin müvəqqəti dayandırdığını elan edib. O, 2015-ci ildən bu vəzifədə çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest