Argentina çempionatında xoşagəlməz hadisə baş verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Sportinq"in futbolçusu Luis Masiel "Mitre" ilə oyunda baş hakimi vurub.
Buna səbəb adıçəkilən oyunçunun meydandan qovulması olub. Belə ki, sona yaxın qayda pozuntusundan sonra baş hakim Qabriel Kortinesdən qırmızı vərəqə alan Masiel hirsini məhz referidən çıxıb və onu iki dəfə yumruqla vurub. Referi təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.
Kortines hadisə haqda bunları deyib: "Qolumdakı saata baxdım. Matçın sonuna bir dəqiqə yarım vaxt qalmışdı. Sonra isə huşumu itirmişəm. Başqa heç nə xatırlamıram".