19 Dekabr 2018, 18:19
FUTBOL
Bu gün futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilir. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, tur təkcə "Araz"ın cari mövsümdə ilk məğlubiyyəti ilə barışması, eyni zamanda EKOL-un "qış çempionluğu"yla deyil, həm də cari mövsümdə Yüksək Liqada 500-cü qolla əlamətdar olub.
Bu tura qədər 494 qol vurulmuşdu. Günün ilk oyununda tərəflər ümumilikdə 5 qol vurduğundan yubiley qolu "Yasamal" FK – "Neftçi" İK duelində hesabın açıldığı qol oldu. Nominal qonaqların iranlı legioneri Hamed Abdollahinin 8-ci dəqiqədə vurduğu top cari mövsümdə 500-cü qol oldu.