"Qəbələ" Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edib. Matç.az xəbər verir ki, seçimlər 2019-cu il yanvarın 12-də baş tutacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq tədbirdə 2002-2010-cu il təvəllüdlü futbolçular iştirak edəcək. Saat 10:00-da başlayacaq seçimlərə istənilən oyunçu qatıla bilər. Bunun üçün gənc və yeniyetmə futbolçular öncədən qeydiyyatdan keçməlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest