"Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm". Matç.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab matçı barədə fikirlərini açıqlayan mütəxəssis 3:2 hesablı səfər qələbəsinə şərh verib: "çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyiridk. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".


 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest