"Qarabağ" yeni - 2019-cu ilin gəlişi ilə bağlı azarkeşlərinə müjdə hazırlayıb. Matç.az xəbər verir ki, sabahdan etibarən klubun rəsmi fan-şopunda bütün mallara endirim tətbiq olunacaq.

Bu endirim 2019-cu ili tərənnüm edən 19 % dəyərində olacaq. Azarkeşlər "Qarabağ"ın bütün rəsmi geyim və atributlarını endirimlə əldə edə biləcək. 

Qeyd edək ki, klubun fan-şopu "Park Bulvar" ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest