Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Matç.az xəbər verir ki, ikinci finalçı Avropa və Asiyada çempionlar Liqasının qalibi olan komandaların duelində bəlli olub.

İspaniya "Real"ı Yaponiya təmsilçisi "Kaşima" üzərində inamlı qələbə qazanıb – 3:1. "Kral klubu" qələbəni Qaret Beylin het-triki sayəsində əldə edib.

 Finala yüksələn Madrid klubu dekabrın 22-də keçiriləcək finalda BƏƏ çempionu "Əl-Əyn"lə üz-üzə gələcək. Yaponiyalılar isə 3-cü yer uğrunda matçda Argentina "River Pleyt"i ilə qarşılaşacaq.

Klublararası dünya çempionatı
Yarımfinal
19 dekabr
"Kaşima" (Yaponiya) – "Real" (İspaniya) – 1:3

Dol, 78 - Beyl, 44, 53, 55

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest