Türkiyə kubokunda növbəti oyunlar keçirilib. Matç.az xəbər verir ki, II mərhələnin ikinci oyun günündə 6 görüş keçirilib.

Günün ən böyükhesablı qələbəsinə "Trabzonspor" imza atıb. Superliqa klubu darmadağın etdiyi "Sivas Belediyəspor"un qapısından 5 cavabsız qol keçirib.

"Kasımpaşa" və "Kayserispor"da 5 qolun vurulduğu oyunlarda böyük hesablı qələbəyə sevinib. Hər iki komanda rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Türkiyə kuboku
II mərhələ
19 dekabr

"Van BB" – "Boluspor" – 2:2

"Etimesqut" – "Yeni Malatyaspor" – 0:2

"Kahramanmaraşspor" – "Alanyaspor" -  2:1

"Kasımpasa" – "Menemen Belediyespor" – 4:1

"Kayserispor" - "Altay" – 4:1

"Trabzonspor" – "Sivas Belediyəspor" – 5:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest