20 Dekabr 2018, 01:49
FUTBOL
İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib. Matç.az xəbər verir ki, "Arsenal" öz meydanında "Tottenhem"ə uduzub.
Sonuncular hər hissədə 1 qol vuraraq qalib gəlib. "çelsi" isə "Bornmut"u 1 qolla yenib.
Beləliklə, "çelsi" və "Tottenhem" yarımfinala yüksəlib. Digər iki yarımfinalçı isə bir gün öncə tur adlayan "Mançester Siti" və "Barton"du.
İngiltərə Liqa kuboku
19 dekabr
"Arsenal" – "Tottenhem" – 0:2
Son Hyunq Min, 20, Dele Alli, 59
"çelsi" – "Bornmut" – 1:0
Eden Azar, 84