20 Dekabr 2018, 10:04
FUTBOL
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, dünən başa çatan 1/4 final mərhələsinin qalibləri növbəti raunddakı rəqiblərini tanıyıb.
Azarkeşləri yarımfinalda da London derbisi gözləyir. Bu dəfə "Tottenhem" və "çelsi" üz-üzə gələcək.
"Mançester Siti" isə "Barton"la görüşəcək. Bu mərhələnin ilk oyunları 2019-cu il yanvarın 8-9-da, cavab matçları 22-23-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalda "Tottenhem" "Arsenal"ı 2:0, "çelsi" "Bornmut"u, "Barton" "Midlsbro"nu eyni - 1:0 hesabı ilə məğlub edib. "Mançester Siti" isə 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında "Lester"dən güclü olub – 3:1.