Azərbaycan kubokunda 1/4 final səddini adlayan "Sumqayıt" iki itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, Ayxan Abbasov yarımfinalın ilk görüşündə iki futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Arif Daşdəmirovla Vurğun Hüseynovdu. Hər iki oyunçu cəzalı duruma düşüb. Bu üzdən də "Zirə" ilə yarımfinalın ilk duelini buraxacaq.

Arif "Neftçi" ilə 1/4 finalın cavab oyununda (0:1) ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün bir matçlıq diskvalifikasiya alıb. Vurğun isə kubok mövsümündə 2-ci dəfə xəbərdarlıq aldığı üçün növbəti görüşdə "istirahət edəcək".

Qeyd edək ki, "Zirə"nin heyətində cəzalı futbolçu yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest