Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. 
 
Matc.az xəbər verir ki, bu gün Azərbaycanın qadın güləşçisi Elis Manolova sözügedən turnirdə bürünc medal qazanıb.
 
65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib.
 
Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.
 
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
 
57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (GER) 4:1
Bürünc medal görüşü: Alyona Kolesnik - Veronika çumikova (RUS) 2:2*
 
65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6
Bürünc medal görüşü: Elis Manolova - Aslı Demir (TUR) 4:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest