Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

"Məşqlərimiz həmişəki qaydada davam edir. Növbəti matçımıza ciddi hazırlaşırıq".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ" klubunun kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.
 
Rəqibin heyətindəki itkilərə toxunan 35 yaşlı qapıçı bunun oyuna təsir etməyəcəyini bildirib: "Qarabağ" böyük komandadır. çempionat elədir ki, rəqibin heyətində 4-5 futbolçunun olmaması onun oyununa o qədər də təsir etmir. Komandada bir-birini əvəz edə biləcək oyunçular var. Xəstələrə şəfa diləyir, tezliklə meydana qayıtmalarını istəyirəm".
 
Təcrübəli qolkiper meydana qələbə üçün çıxacaqlarını da vurğulayıb: "Rəqibdən asılı olmayaraq xal və ya xallar qazanmaq istəyirik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest