çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qoluna aydınlıq gəlib. Matç.az saytı xəbər verir ki, UEFA-nın 4 namizəd qolu arasında azarkeşlər seçim aparıb.

Nəticədə "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin "Tottenhem"lə səfər qarşılaşmadakı qarşısıalınmaz zərbəsi ən yaxşı seçilib. Xorvatiyalının ikinci qolun müəllifi olduğu görüşdə İspaniya təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ən yaxşı adına digər namizədlər Usman Dembele ("Barselona") və Mauro İkardinin ("İnter") "Tottenhem"in, Kriştianu Ronaldonun ("Yuventus") isə "Mançester Yunayted"in qapısından keçirdiyi toplar olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest