"İrəlidə 14 tur var. Çox şey dəyişə bilər. Elitada qalmaq haqda fikirləşmirik. Bu, ağlımdan da keçmir. Komanda daha yaxşı oynaya və avrokubok zonasına düşə bilər".
"Kubok oyunu elədi ki, səhvlər bağışlanılmır. Maraqlı oyun izlədik. Komandadan çox razı qaldım". Matç.az saytı xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.
Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"la üz-üzə gələn paytaxt təmsilçisi ilk görüşdəki məğlubiyyətin (0:1) əvəzini çıxa bilməyib. 1:1 hesablı bərabərlik kubokun son qalibini yarışdan kənarlaşdırıb.
Oyunsonrası mətbuat konfransında Əhmədov bu sözləri deyib: "Mərhələ keçə bilməməyimizə baxmayaraq, oyun baxımından çox irəliləyiş var. "Qarabağ"ı təbrik edirəm. Gözəl oyuna görə futbolçulara təşəkkür edirəm. Göstərdiyimiz oyunun davamını gətirərək, gələn il daha yaxşı çıxış etməyə çalışacağıq. Görmək istədiyimi meydanda gördüm. Narahat olduğum məsələlər də var. Hissələrin əvvəlində və ya sonunda qollar buraxırıq. Xətlərarası əlaqə, hücum-müdafiə məsələlərini həll etmişik, amma bu problemlər qalır".
- Bundan əvvəlki matçlarda belə oynamağa nə mane olurdu?
- Heç nə birdən-birə qurulmur. Görəcəyimiz işlər çoxdu. Komandanın indi-indi özünə inamı gəlirdi, daha kompakt oynamağa başlayırdıq. İndi də fasilə yaranır. Ayyarım müddətdə nəsə iş görmək çətindi. Təməldə problem var idi, yavaş-yavaş aradan qaldırdıq. İndi də fasilə yaranır.
- Gedəcək futbolçuları müəyyənləşdirmisiz?
- Hələ ki, tam siyahı bəlli deyil. Sabah açıqlanacaq. Bəzi oyunçularla danışıq gedir.
- Təxmini neçə nəfər göndərəcəksiz?
- Təxmini 6 nəfər göndəriləcək.
- Qışda komandanı formalaşdırmaq mümkün olacaq?
- İnşallah. Siyahımızda bəzi futbolçular var. Onlarla danışıq gedir. Yerli və əcnəbi futbolçular var. Onlar da bizə qoşulduqdan sonra daha yaxşı "Keşlə" görəcəksiz.
- Avrokubok zonasından çox da uzaq deyilsiz. "Keşlə" elitada qalmağa oynayacaq, yoxsa avrokuboklara?
- İrəlidə 14 tur var. çox şey dəyişə bilər. Elitada qalmaq haqda fikirləşmirik. Bu, ağlımdan da keçmir. Komanda daha yaxşı oynaya və avrokubok zonasına düşə bilər. 3-cü pillədən cəmi 9 xal geriyik. Bizi uzun marafon gözləyir. Ciddi hazırlaşmalıyıq.