Azərbaycan kubokunda mübarizəni dayandıran və bütün diqqətini Topaz Premyer Liqasına yönəldən "Keşlə" qış fasiləsində heyətində islahatlar aparacaq. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisinin yola salacağı daha bir əcnəbi futbolçu bəlli olub.

Diallo Quidileye, Ebrima Sohna və Herve Tçamidən sonra yunanıstanlı Georgios Georgiados da baş məşqçi Tərlan Əhmədovun etimadını doğrulda bilməyib. ölkəsində "Doxa" klubundan ayrıldıqdan sonra bu ilin sentyabrında "Keşlə" ilə 1 illik sazişə qol çəkən 31 yaşlı yarımmüdafiəçi ilə sağollaşmaq qərara alınıb.

Cinah oyunçusu razı salınacağı təqdirdə, onunla müqaviləyə xitam veriləcək və futbolçu yanvardan etibarən azad agent statusu daşıyacaq.

Yerlilərə gəlincə, yarımmüdafiəçi Vaqif Cavadovla vidalaşmağa hazırlaşan rəhbərlik digər orta sahə oyunçuları Elnur Cəfərov və Məmməd Quliyevlə artıq yollarını ayırıb. Quliyev klubun öz yetirməsidisə, Cəfərov yayda "Neftçi"dən transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest