İtaliyanın "Yuventus"u xorvatiyalı hücumçu Mario Mancukiçlə yeni müqavilə imzalayacaq. Matç.az saytı xəbər verir ki, anlaşmanın detallarını müzakirə edəcək tərəflər yeni ilin ilk günlərində sənədi rəsmiləşdirəcək.

İllik qazancı 4,5 milyon avro olan Marionun maaşının artırılacağı bildirilir. Müqavilə uzadıldıqdan sonra bu rəqəm 7,5 milyona çatacaq.

Tərəflər hələlik yalnız müddət baxımından fərqli düşünür. Futbolçu anlaşmanın 2022-ci ilin, klub isə 2021-ci ilin yayına qədər olmasının tərəfdarıdı.

Qeyd edək ki, hücumçu 2015-ci ildən "ağ-qaralar"ın heyətindədi və indiki müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest