21 Dekabr 2018, 23:09
FUTBOL
"Yuventus" Mario Mancukiçlə olan müqavilənin müddətini artırmaqda maraqlıdı. Matç.az saytı xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.
Xəbərdə, Turin təmsilçisinin xorvatiyalı forvardın 2020-ci ilə qədər olan sözləşməsinin müddətini daha 2 il artırmaq istədiyi bildirilib.
Mancukiç isə yeni müqaviləni bir şərtlə imzalamaq istəyir; maaşının artırılması qarşılığında. Tərəflər razılığa gələ bilsə, yeni anlaşma yaxın günlərdə rəsmən elan olunacaq.
Qeyd edək ki, 2015-ci ildə "Atletiko"dan transfer edilən Mancukiç, cari mövsümdə 18 qarşılaşmada iştirak edərək, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.