A seriyasında çıxış edən klublar qarşılıqlı razılıq əldə ediblər. Matç.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, komandalar qış fasiləsi zamanı transfer müddətinin uzadılması barəsində razılıq əldə ediblər.

Əvvəlcə qərara alınmışdı ki, transfer pəncərəsi yanvarın 18-də, çempionatın bərpasına az qalmış bağlansın. Ancaq yeni qəbul edilmiş razılaşmaya əsasən, müddət həmin ayın 31-nə kimi davam edəcək.

Əgər FİFA da bu qərarı dəstəkləsə, İtaliya A seriyasında da digər TOP-5 ölkələri kimi yanvarın ayının son günündə transfer işlərinə yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest