Portuqaliya Sequndasında XIV tura start verilib. Matç.az saytının məlumatına görə, gecə bir oyun keçirilib.

Azərbaycanın gənclər millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" səfər görüşünə çıxıb. Komanda "Oliveyrense"nin qonağı olub. Start heyətində meydana daxil olan həmyerlimiz 59-cu dəqiqədə əvəzlənib. Qarşılaşmada yeganə qola da məhz Renatın yerinə mübarizəyə qoşulan Kleber 72-ci dəqiqədən penaltidən imza atıb.

1:0 hesablı qələbə sayəsində "Eştoril" ən azı bir günlük də olsa, liderliyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest