Azərbaycanlı futbolçu Ayaz Quliyev klubunu dəyişib. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçi yetirməsi olduğu Moskva "Spartak"ına qayıdıb.

Cari mövsümün əvvəlində 22 yaşlı oyunçunu "Rostov"a satan "Spartak" rəhbərliyi yüksək səviyyəli oyununa görə, onu yenidən transfer edib. Həmkarlarımız klublar arasında artıq razılığın əldə olunduğunu, yalnız rəsmi müqavilənin imzalanmasının qaldığını bildiriblər. "Rostov" bu keçiddən 60 milyon rubl (təxminən 774 min avro) qazanc əldə edib.

Qeyd edək ki, Ayaz Quliyev 2013-2018-ci illərdə "Spartak"ın şərəfini qoruyub. Onun Azərbaycan millisinə cəlb olunması gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest