08 Yanvar 2021, 17:54
                
                
                
                                DÖYÜŞ NÖVLƏRİ 
                                
                
               
              Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub.
				 
 
	Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub. Matc.az xəbər verir ki, təcrübəli idmançı 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib.
	 Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub. (Report)
	Xatırladaq ki, daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb.
				
         	
                                             
               
            
 










