AVRO-2020-nin seçmə qrup mərhələsinin Macarıstan - Azərbaycan oyunu yeni stadionda keçirilə bilər. Matç.az saytı xəbər verir ki, bunu Macarıstan Futbol Federasiyasının prezidenti Şandor çanıy deyib.

Yerli mətbuata müsahibə verən prezident hazırda tikintisi davam edən "Puşkaş Arena"nın ilin sonlarında istifadəyə veriləcəyini söyləyib. O, hətta seçmə mərhələnin son ev oyununun 68 min azarkeş tutumuna malik olacaq stadionda keçirilməsini də istisna etməyib. Ancaq çanıy bunun yüksək ehtimal olmadığını da əlavə edib: "Avropa çempionatının seçmə qrup mərhələsində son ev oyunumuzu Azərbaycana qarşı keçirəcəyik. Əgər əvvəlki oyunlardan istədiyimiz nəticələrlə ayrılsaq və həmin vaxta qədər yeni stadionumuz "Puşkaş Arena" hazır olsa, son matçı mütləq orda keçirəcəyik. Ancaq plana görə, yeni tikilən stadion noyabrda, seçmə mərhələnin son turunda Uelslə səfər matçından bir neçə gün əvvələ hazır olmalıdı".

Macarıstan futbolu üçün 2018-ci ili dəyərləndirən federasiya rəhbəri yeni ildən bütün diqqətlərini Aç-2020-yə yönəldəcəklərini bildirib: "Millətlər Liqasının son iki oyununda qələbə qazansaq da, qrupu ikinci pillədə tamamladıq. Bu səbəbdən Avropa çempionatına çıxmaq üçün yeganə yolumuz seçmə mərhələ olacaq. Biz də bunu bacarmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Macarıstan - Azərbaycan oyunu gələn il oktyabrın 13-də keçiriləcək. Macarların ev görüşlərinin Budepaştdəki "Qrupama Arena"da oynanılması planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest