"Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda "Qarabağ"a transfer olunacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. Qısa açıqlama verən Azərbaycan millisinin üzvü sualı konkret cavablandırmayıb.

"Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda "Qarabağ"a transfer olunacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. Matç.az xəbər verir ki, Qazaxıstanın sports.kz saytına qısa açıqlama verən Azərbaycan millisinin üzvü sualı konkret cavablandırmayıb.

Almeyda hazırda dincəlməklə məşğul olduğunu söyləyib: "Bu barədə heç nə bilmirəm. "Astana" ilə müqavilə müddətim davam edir. Mövsüm başa çatdığından, hazırda Braziliyada istirahət edirəm".

Qeyd edək ki, yayda "Qarabağ"dan "Astana"ya keçən Riçard Almeyda çempionatda 8 oyunda iştirak edib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest