10 Yanvar 2021, 12:49
DÖYÜŞ NÖVLƏRİ
Qadınlardan ibarət güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir.
Matc.az xəbər verir ki, yanvarın 4-də start götürən hazırlıq prosesi ayın 20-dək davam edəcək.
Komandamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. "Qorrion" otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Qeyd edək ki, TMT qarşıdakı mühüm yarışlara, o cümlədən lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır.