10 Yanvar 2021, 22:49
DÖYÜŞ NÖVLƏRİ
Yanvarın 11-də Qətərin paytaxtı Dohada start götürəcək cüdo üzrə "World Masters" turnirinin püşkü atılıb.
Matc.az xəbər verir ki, püşkün nəticəsində Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.
Kişilər
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Denis Vieru (Moldova)
1/16 final. Orxan Səfərov - Barux Şmailov (İsrail)
100 kq
1/16 final. Zelim Kotsoyev - Ramazan Dərviş (Misir)
1/16 final. Elmar Qasımov - Rafael Buzakarini (Braziliya)
Qadınlar
48 kq
1/16 final. Aişə Qurbanlı - Gülkədər Şəntürk (Türkiyə)
1/16 final. Leyla Əliyeva - Əzizə çakır (Misir)
+78 kq
1/8 final. İrina Kindzerska - Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi
İlk yarış günündə kişilərdən Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlardan Aişə Qurbanlı, Leyla Əliyeva mübarizə aparacaq. Yanvarın 13-də isə Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.
Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters" nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparacaq.