Almaniya III Bundesliqasında XX tur davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti görüşünü keçirib.

Sözügedən klub doğma meydanda "Fortuna Köln"lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, "Proysen"in ardıcıl 4-cü məğlubiyyəti olub.

Oyuna start heyətində başlayan Rüfət 90 dəqiqə meydanda olsa da, komandasına kömək edə bilməyib.

Qeyd edək ki, 20 oyundan sonra aktivində 29 xal olan komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest