"Səbail"in qış hazırlıq planları bəlli olub. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın ikinci yarısında Antalyada hazırlışacaq.
Avtandil Hacıyevin komandası qardaş ölkəyə yanvarın 12-də uçacaq. Ayın 25-nə qədər nəzərdə tutulmuş təlim-məşq toplanışında 3 hazırlıq qarşılaşması oynanılması planlaşdırılıb.
"Səbail"in ilk rəqibi Macarıstan təmsilçisi "Aqvital Csakvar" olacaq. Bu görüş yanvarın 15-də baş tutacaq.
Yanvarın 21-dəki hazırlıq görüşündəki rəqib isə Ukrayna klubu "Desna" olacaq.
Antalya toplanışındakı son rəqib olaraq Qazaxıstan təmsilçisi "Kaysar" nəzərdə tutulub. Qazaxlarla görüş yanvarın 24-nə nəzərdə tutulub.
Qeyd edək ki, "Səbail" Topaz Premyer Liqasının ilk hissəsini 21 xalla 3-cü pillədə başa vurub.