"İnter" Raca Naynqolanı cəzalandırıb. Matç.az klubun rəsmi saytına istinadən məlumat verir ki, belçikalı futbolçu intizamsızlıq səbəbindən müvəqətti heyətdən kənarlaşdırılıb.

Klub intizamsızlığın detallarını açıqlamasa da, yerli mətbuatda onun məşqlərə gecikməsi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Raca dekabrın 26-da "Napoli"yə qarşı oynanılacaq matçı buraxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest