23 Dekabr 2018, 21:22
FUTBOL
Topaz Premyer Liqasının ilk yarısı başa çatıb. Matç.az saytının məlumatına görə, "Sumqayıt" çempionatın ilk dövrəsini 15 xalla 6-cı pillədə tamamlayıb.
ümumilikdə 5 futbolçu keçirilmiş 14 matçın hamısında meydanda olublar. Onlardan Aleksey İsayev 14 oyunda 1253 dəqiqə forma geyinib. Bu isə orta hesabla bir oyuna 89.5 dəqiqə deməkdir.
Geridə qalan futbolçular isə Əli Babayev (14 oyun, 1239 dəq.), Bəxtiyar Həsənalızadə (14 oyun, 1185 dəq.), Cavid Tağıyev (14 oyun, 1097 dəq.) və Arif Daşdəmirovdur (14 oyun, 1011 dəq.).