İspaniya Sequndasında XIX turun oyunları keçirilib. Matç.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon" da növbəti görüşünə çıxıb.

Komanda dogma meydanda "Numansiya"nı qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Oyuna start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 34 xal olan "Alkorkon" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest