"Barselona" yeni baş məşqçi axtarışına çıxıb. Matç.az saytınınməlumatına görə, kataloniyalılar "Sassuolo"nu çalışdıran Roberto De Dzerbi ilə maraqlanırlar.

"Corriere dello Sport" nəşri iddia edir ki, artıq "Barselona" nümayəndələri üç dəfə "Sassuolo"nun matçında olublar və məşqçinin işində yerində canlı izləyiblər.

Hazırkı çalışdırıcı Ernesto Valverdenin yayda başa çatacaq müqaviləsinin hələ uzadılmaması da bu iddiaları gücləndirən amillərdən biridir.

Qeyd edək ki, klub rəhbərliyi daha çox hücum futbolu oynadan çalışdırıcılara üstünlük verir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest