İtaliyanın "Napoli" klubu müdafiəçisi Kalidu Kulibali ilə müqaviləni uzadıb. Matç.az xəbər verir ki, müddəti açıqlanmayan yeni anlaşmada seneqallı futbolçunun maaşı artırılıb.

Kulibali ildə 6 milyon avro qazanacaq. Bununla da arxa xətt oyunçusu "Napoli"də ən yüksək ödənişli futbolçuya çevrilib.

Qeyd edək ki, "Napoli" bir müddət əvvəl Kulibalini 106 milyon avroya "Mançester Yunayted"ə satmaqdan imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest