"Olduqca maraqlı qrupa düşmüşük. Xüsusən də, Macarıstanla derbilərdə iştirak üçün səbirsizlənirəm. O ki qaldı digər rəqiblərə, Xorvatiya ulduz futbolçulardan qurulmuş komandadı".

"Millidə dəyişiklik insidentdən sonra baş verdi. Fikrimcə, keçmiş baş məşqçimiz Yan Kozak bu şəkildə ayrılmağa layiq deyildi. Məni milliyə ilk o dəvət etdi. Həmçinin hazırkı çalışdırıcı Pavel Hapal da mənə güvənir. Bizdən nə tələb etdiyini, hansı stildə oyun formalaşdırmağa çalışdığını bilirik".

Matç.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Albert Rusnak deyib. Yerli mətbuata müsahibə verən 24 yaşlı pleymeyker AVRO-2020-nin seçmə mərhələsindəki qrupu dəyərləndirib: "Olduqca maraqlı qrupa düşmüşük. Xüsusən də, Macarıstanla derbilərdə iştirak üçün səbirsizlənirəm. O ki qaldı digər rəqiblərə, Xorvatiya ulduz futbolçulardan qurulmuş komandadı. Həmçinin Uels də güclüdü. Məncə, Azərbaycan yığması da asan rəqib olmayacaq. Fikrimcə, irəliləyişə nail ola və qrupu ikinci pillədə tamamlaya bilərik".

Rusnak seçmə mərhələ matçlarının hamısının bir təqvim ilinə salınmasına müsbət yanaşdığını söyləyib: "Seçmə mərhələ oyunlarının bir il ərzində keçirilməsi bir qədər çətin görünə bilər. Ancaq əvəzində o qədər də ciddi olmayan yoldaşlıq görüşləri keçirilməyəcək. Seçmə mərhələdə isə hamısı rəsmi və böyük önəm kəsb edən görüşlərdi. Bütün oyunlarda xallar uğrunda mübarizə gedəcək".

Qeyd edək ki, Slovakiya qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest