Xorvatiya millisinin futbolçusu Donaqoy Vida karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az xəbər verir ki, Türkiyə "Beşiktaş"ının müdafiəçisi "Fulhem"in maraq dairəsinə düşüb.

Premyer Liqanın autsayderi müdafiə xəttini təcrübəli futbolçu hesabına gücləndirmək istəyir. London klubu 29 yaşlı xorvatı artıq qış fasiləsində heyətinə qatmaq niyyətindədi.

Qeyd edək ki, AVRO-2020-də Azərbaycan milisinin rəqibi olan Xorvatiya yığmasının futbolçusuna bir müddət əvvələdək "Everton", "Vest Hem" və "Liverpul"da maraq göstərirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest