"Arsenal"ın yarımmüdafiəçisi Aron Remsi İtaliyaya köçəcək. Matç.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, Uels millisinin üzvü "Yuventus"la ilkin razılıq əldə edib. Mövsümün sonunda Turin klubu ilə rəsmi müqavilə bağlayacaq Remsinin illik məvacibinin 10 milyon avro təşki edəcəyi vurğulanıb. 27 yaşlı oyunçuya yüksək məvacibin verilməsinin səbəbi onun azad agent kimi komandaya qoşulması olacaq.

 Qeyd edək ki, "Arsenal" rəhbərliyi bir neçə dəfə Remsiyə yeni müqavilə təklif etsə də, futbolçu buna razılıq verməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest