İtaliyanın "Milan" klubunun baş məşqçisi vəzifəsinə namizəd bəlli olub. Matç.az xəbər verir ki, milanlılar bu posta Françesko Qvidolini gətirmək niyyətindədi.
Belə ki, hazırda komandaya rəhbərlik edən Cennaro Qattuzonun qarşısına sərt tələb - növbəti 2 turda 6 xal qazanmaq vəzifəsi qoyulub. Komanda bunun öhdəsindən gəlməsə, baş məşqçi postunda dəyişiklik ediləcək.
Bu vəzifəyə təyin ediləcək Qvidolin "Udineze", "Vicentsa", "Bolonya", "Monako" və "Suonsi"dəki fəaliyyəti ilə tanınır. 63 yaşlı mütəxəssis klub prezidenti Paolo Skaroni ilə yaxşı münasibətlərə də malikdi. Onlar 1997-ci ildə "Viçentsa"da İtaliya kubokunu qazanıb. Həmin vaxt Skaroni klub prezidenti, Qvidolin isə baş məşqçi olub.
Qeyd edək ki, Qvidolin hazırda DAZN strim servisində şərhçi kimi çalışır.