Boks üzrə komandalararası Dünya Kuboku təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AIBA) rəsmi saytı məlumat yayıb.
 
Yarışın təxirə salınmasına koronavirus pandemiyası səbəb göstərilib. 
 
Əvvəlcədən yarışın 2020-ci ilin oktyabrında Rusiyada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin son qərara əsasən, yarış 2022-ci ildə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest