Ardıcıl uğursuzluqlardan sonra baş məşqçi Heyn Vanhazebruku istefaya göndərən "Anderlext" boş qalan posta namizəd tapıb. Matç.az xəbər verir ki, Belçikanın ən titullu klubu hollandiyalı Martin Yolla danışıqlara başlayıb.

Tərəflər razılıq əldə etsə, 62 yaşlı mütəxəssis 2 illik fasilədən sonra yenidən iş başına qayıdacaq. Yolun son iş yeri Misirin "Əl-Əhli" klubu olub. O, Afrika təmsilçisi ilə ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, hollandiyalı vətənində "Roda", "Ayaks" və "Valviyk", İngiltərədə "Tottenhem" və "Fulhem", Almaniyada "Hamburq"u da çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest