24 Dekabr 2018, 22:05
FUTBOL
Türkiyə çempionatının I liqasında XVII tura yekun vurulub. Matç.az xəbər verir ki, çempionatın ilk dövrəsinin son qarşılaşmasında "Altınordu" ilə "Girəsunspor" qarşılaşıb.
Görüş 0:0 hesablı "sülh"lələ başa çatıb. Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü bu matçda qonaqlara kömək edə bilməyib. Zədədən əziyyət çəkən milliləşən legionerimizin adı "18-liy"ə daxil edilməyib.
Qeyd edək ki, 17 turda 19 xal toplayan Girəsun təmsilçisi 13-cü pillədə qərarlaşıb.