25 Dekabr 2018, 00:15
FUTBOL
"çelsi"nin futbolçusu David Luis klubunu tərk edəcək. Matç.az saytı xəbər verir ki, braziliyalı müdafiəçi 2019-cu ilin yayında İngiltərə təmsilçisindən ayrılacaq.
Cənubi amerikalının bu addımı atmasına klubun transfer siyasəti səbəb olub. 30 yaşdan yuxarı oyunçularla 1 ildən artıq müddətə müqavilə imzalamayan "çelsi"nin bu strategiyası təcrübəli müdafiəçini qane etmir. Birillik müqaviləyə razılaşmayan David özünə yeni komanda axtarmağı daha məqsədəuyğun sayıb.
Düzdü, baş məşqçi Maurisio Sarri klub rəhbərliyini Luisə güzəşt etməyə razı salmağa çalışıb. Lakin londonlular transfer siyasətindən əl çəkməyib.
Qeyd edək ki, Luis cari mövsümdə 21 oyun keçirib.