Qazaxıstanın "Astana" klubunun büdcəsi məlum olub. Matç.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın da şərəfini qoruduğu klub ilk dəfə belə addım atıb.

İndiyədək maliyyə məsələlərini rəsmən açıqlamayan Astananın eyniadlı təmsilçisi bu dəfə şəffaflığa üstünlük vermək qərarına gəlib. Başa çatan 2018-ci il mövsümündə klubun büdcəsi 31 milyon dollar təşkil edib.

Bu rəqəmin əvvəlki illərlə müqayisədə artdığı da bildirilir. Belə ki, 2016-cı ildə 22, 2017-ci ildə 29 milyon dollarlıq büdcəyə malik Qazaxıstan çempionu başa çatan ildə daha yüksək imkanlar əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest