İtaliyanın "Miıan" klubu Meksika millisinin üzvü İrvinq Losanonu transfer etmək istəyir. Matç.az xəbər verir ki, milanlılar 23 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədi.

Klub rəhbərliyi artıq futbolçunun agenti ilə danışıqlara start verib. İrvinqin çıxış etdiyi Hollandiya PSV-si də oyunçunu satmağa razıdı. Amma Eyndhoven təmsilçisi bu transfer üçün 40 milyon avro istəyir.

Qeyd edək ki, Losanonun PSV ilə müqaviləsi 2023-cü ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest