Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk yarısını 50 min 950 tamaşaçı izləyib. Matç.az xəbər verir ki, nəticəsi ləğv edilən qarşılaşmaların nəzərə alınmadığı statistikada 54 oyunun orta göstəricisi 944-ə bərabər olub.

Bu, ötən mövsümün müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə azdı. Həmin vaxt 56 oyunu 126 min 670 tamaşaçı seyr etmişdi ki, orta göstəricidə 2262-yə bərabər idi.

Tamaşaçı sayının belə kəskin şəkildə azalmasını "Kəpəz"in adı ilə bağlamaq olar. ötən mövsüm azarkeşlərin təxminən yarıdan çoxu qərblilərin ev oyunlarına toplaşırdısa, Premyer Liqada yerini qoruya bilməyən klub indi I diviziondadı.

ümumiyyətlə isə Gəncə təmsilçisinin yoxluğu tamaşaçı sayında yeni liderin olmasına imkan yaradıb. Xeyli müddət bu göstəricidə dəyişməz lider olan "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından sonra zirvəni ələ keçirən gəncəlilərin də yoxluğu paytaxt klublarına ön sıralara keçmək imkanı verib.

Arxada qalan 14 turdan sonra ev oyunlarında ən çox tamaşaçı yığan komanda "Neftçi" olub. ölkənin ən titullu klubu yaxın izləyicisi "Sabah"ı kiçik fərqlə qabaqlayır. Elitanın debütantı isə "Qarabağ"ı arxada qoymağı bacarıb. Yalnız bu üç klub çempionatın orta göstəricisindən daha yüksək tamaşaçı sayına malikdi. Son sıralarda qərarlaşan "Sumqayıt"la "Zirə" isə ev oyunlarına digər arenalarda keçirməsiyinin əziyyətini çəkir. Sonuncular ilk yarıda doğma stadionda oynamayıbsa, sumqayıtlılar fasilə ərəfəsində öz evinə dönüb.

yer

KLUB

tamaşaçı

oyun

orta

1

Neftçi

11600

7

1657

2

Sabah

10500

7

1500

3

Qarabağ

9100

7

1300

4

Səbail

5000

6

833

5

Keşlə

5200

7

743

6

Qəbələ

3950

7

564

7

Sumqayıt

3150

6

525

8

Zirə

2450

7

350

Qeyd edək ki, mövsümün ən çox tamaşaçı toplayan oyunu "Əlincə Arena"da olub. VI turun "Sabah" – "Qarabağ" matçını (0:2) 4500 tamaşaçı izləyib. III turun "Zirə" – "Sabah" görüşündə (0:2) isə bundan 30 dəfə az – 150 seyrçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest