"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını Almaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Bayer" braziliyalı vingeri transfer etməyi planlaşdırır. Leverkuzen təmsilçisinin baş məşqçisi Erik ten Haq "Ayaks"da və "Mançester Yunayted"də birlikdə çalışdığı futbolçunu yenidən sərəncamında görmək istəyir.

Almaniya klubu Braziliya millisinin üzvü üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Antoni başa çatan mövsümün ikinci yarıısını icarə əsasında "Betis"də keçirib. 26 yaşlı ooyunçu La Liqa təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest