05 İyun 2025, 11:59
FUTBOL
"Yuventus" "Milan"dan icarəyə götürdüyü Pyerr Kalulunun transfer hüquqlarına yiələnib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Yuventus" Kalulu üçün "Milan"a 14 milyon avro ödəyib. Fransalı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Pyerr Kalulunu ötən ilin avqust ayında icarəyə götürmüşdü. 25 yaşlı futbolçu Turin təmsilçisinin heyətində keçirdiyi 39 oyunda 1 qol vurub.