"Fənərbaxça" növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır.

Matc.az xəbər verir ki, Super Liqa nəhəngi PSJ-dən 2 futbolçunu transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın prezidenti Ali Koç Fransa klubunun sahibi olan dostu Nasser Əl-Xelaifidən Randal Kolo Muano və Qonçalo Ramosu isyib. PSJ rəhbərinin İstanbul təmsilçisinə müsbət cavab verdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest