Yayda "Aston Villa"dan ayrılacağı gözlənilən Emiliano Martines Premyer Liqada qala bilər.

Matc.az xəbər verir ki, "Mançester Yunayted" argentinalı qapıçını transfer etmək istəyir. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Andre Onananın performansından narazı olan "qırmızı şeytanlar" qapı mövqeyini dünya çempionu ilə gücləndirməyi planlaşdırır. 32 yaşlı qolkiper özü klubdan ayrılmaq istəyir.

Qeyd edək ki, Emiliano Martines başa çatan mövsümdə "Aston Villa"nın heyətində 53 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest