05 İyun 2025, 12:35
FUTBOL
"Nyukasl" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Premmyer Liqa təmsilçisi "Malaqa" ilə müqaviləsi başa Antonio Korderonu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya U-19 millisinin üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Antonio Kordero "Malaqa"nın yetirməsidir. 18 yaşlı vinger ötən mövsüm 2-ci Liqa təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 6 qol vurub, 7 qol ötürməsi edib.