05 İyun 2025, 14:41
FUTBOL
"Reyncers"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Şotlandiya təmsilçisini Russell Martin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Russel Martinin son iş yeri "Sauthempton" olub. Şotlandiyalı məşqçi ötən ilin dekabr ayında istefaya göndərilib.